Sabir Rüstəmxanlı: Biz qələbə eyforiyasını yaşadığımız dövrdə ermənilər…backend

Sabir Rüstəmxanlı: Biz qələbə eyforiyasını yaşadığımız dövrdə ermənilər…

“Dövlət imkanı daxilində şəhid ailələrinə, qazilərə böyük güzəştlər nəzərdə tutulur. Mənzillə təminat, birdəfəlik yardım, şəhidlərin büstünün qoyulması və s. bu qəbildəndir. Ancaq məncə, şəhid ailələrinə ən böyük təskinlik qələbəmizdir. Biz qələbənin möhkəmləndirilməsi üçün hələ çox iş görməliyik”.

Hokm.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

 

Deputat əlavə edib ki, biz qələbə eyforiyasını yaşadığımız halda ermənilər bütün dünyada Azərbaycana qarşı informasiya işini gücləndirir: “Rusiya mediasına baxıram. Bizə atılan böhtanlara yüksək səviyyədə cavab verə bilmirik. Diaspora qurumları da aktiv olmalıdır”.

S.Rüstəmxanlı təklif edib ki, Azərbaycan qarşı gücləndirilən ermənilərin informasiya savaşı ilə əlaqədar olaraq informasiya mərkəzi yaradılsın: “Mən buna ehtiyac görürəm. Bəlkə də adı Qarabağ informasiya mərkəzi ola bilər. Bu mərkəzdə anti-Azərbaycan yazılarına layiqli cavab verilə bilər”.

  •  (0)
  •  (0)