Sabiq nazirdən maraqlı açıqlamalar: Məndən səmimiyyət istəməyin – VİDEObackend

Sabiq nazirdən maraqlı açıqlamalar: Məndən səmimiyyət istəməyin – VİDEO

 Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “ASAN Radio”nun direktoru Emin Musəviyə bağ evində verdiyi qısa müsahibə TikTok sosial şəbəkəsində bir gün ərzində yarım milyondan çox baxış qazanmaqla rekorda imza atıb.

Tofiq Zülfüqarov müsahibə zamanı maraqlı açıqlamalarla diqqət çəkib.

Jurnalistin onu “canlı əfsanə” adlandırmasını qəbul etməyən sabiq nazir Emin Musəvidən təqdimatı yüngülləşdirməyi istəyib.

Günün çox hissəsini Mərdəkandakı bağ evində keçirdiyini söyləyən T.Zülfüqarovun açıqlamasından belə məlum olur ki, eks-nazir şəhərin səs-küyündən uzaq durmağa üstünlük verir.

Videoda sabiq nazirin iti də görüntülənib. Zülfüqarov qeyd edib ki, hazırda yanında olan “İrmaks” onun 3-cü itidir.

Jurnalistin digər sualına “məndən səmimiyyət, şəffaflıq istəməyin”, – deyə cavab verən sabiq nazir bunu diplomat peşəsilə əlaqələndirib. O bildirib ki, yalnız ailədə səmimi olmaq lazımdır.

T.Zülfüqarov dostları ilə bağlı suala da maraqlı cavab verib. Sabiq nazir jurnalistin ona “Dostlarla səmimisinizmi?” sualına “Bəli, yoxsa onlar mənlə dostluq etməzlər” deyə cavab verib.

Hokm.az sözügedən videonu təqdim edir:

  •  (1)
  •  (0)