Sabiq Baş nazir Aydın Balayevdən yazdı: “Məni Elçibəylə tanış edəndə…”backend

Sabiq Baş nazir Aydın Balayevdən yazdı: “Məni Elçibəylə tanış edəndə…”

Xəbər verdiyimiz kimi, tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub. Əsasən Müsavat irsinin araşdırıması ilə tanınıb.

Hokm.az Cebhe.info-ya istinadən xəbər verir ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq Baş nazir Pənah Hüseyn Aydın Balayevlə bağlı xatirələrini bölüşüb.

“Səhəri çox acı, qəfil, inanmaq istəmədiyim, doğru olmadığını arzu etdiyim xəbərlə açdıq. Aydın Balayev dünyasını dəyişib. Azərbaycan xalqının milli mücadilə tarixinin görkəmli tədqiqatçısı, milli tarix şüurumuzun formalaşmasında əvəzsiz xidməti olan, xeyli sayda elmi monoqrafiyaların, məqalələrin müəllifi, sözün həqiqi mənasında intellektual və ziyalı, tarix elmləri doktoru Aydın Balayevin vəfatı Azərbaycan elminə, dostlarına, tam mənası ilə bütün millərtimizə ağır itkidir. Aydınla universitetdə bir kursda oxumuşam, Moskvada aspirantura dövründə bir yerdə olmuşuq.

Elə Moskvada da Aydın məni o vaxt uzunmüddətli elmi məzuniyyətlə əlaqədar SSRİ Elmlər Akademiyası əməkdaşları üçün tikilmiş şəhərcikdə qalan Əbülfəz Elçibəylə tanış edib. Bu qaşqabaqlı, ağır xasiyyətli bakılının, hər şeyə münasibətdə ölümünə prinsipial insanın daxilində qəribə yaxşı adam, isti dost vardı. İndi hansısa ideya, lahiyə müzakirə edəndə məsləhət və iştirak üçün ilk adı çəkilənlərdən olan Aydının adını çəkə bilməyəciyimi təsəvvür etmək çətindir. Dərin hüznlə, özüm və ailəm adından Aydın Balayevin ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.

  •  (0)
  •  (0)