Sabahın havası açıqlandı – duman, çiskin, küləkbackend

Sabahın havası açıqlandı – duman, çiskin, külək

Martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hokm.az-a verilən məlumata görə, Bakıda və Abşeronyarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-8° isti,gündüz 10-15° isti,Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq.Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək.Nisbi rütubət 60-70 % olacaq.Azərbaycanın rayonlarında arabiryağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

  •  (0)
  •  (0)