Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcəkbackend

Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

Azərbaycanda iyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz  28-33 dərəcə, Bakıda gecə 21-23 dərəcə, gündüz 31-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi  normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozsa görə, iyunun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyunun 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
  •  (0)
  •  (0)