Sabahın hava PROQNOZU: Bakıda 35, rayonlarda 38 dərəcəbackend

Sabahın hava PROQNOZU: Bakıda 35, rayonlarda 38 dərəcə

İyunun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

  •  (0)
  •  (0)