Sabah Sumqayıtda su olmayacaqbackend

Sabah Sumqayıtda su olmayacaq

Sumqayıt şəhərini içməli su ilə təmin edən 1 000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Hokm.az-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata əsasən, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  •  (0)
  •  (0)