Sabah səhər saat 8-dən çimərliklər açılır – RƏSMİbackend

Sabah səhər saat 8-dən çimərliklər açılır – RƏSMİ

Avqustun 5-dən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Hokm.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev çimərliklərin iş prinsipindən danışıb.

“Çimərliklərdən istifadə ilə bağlı hər hansı xüsusi qayda yoxdur. Lakin insanlar çimərliklərdən yalnız səhər saat 08:00-dan axşam 21:00-dək istifadə edə biləcəklər”, – deyə Ü. Mehdiyev qeyd edib.

Həmçinin bildirilib ki, sabahdan 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq.

  •  (1)
  •  (0)