Sabah Saat 12-də BAŞ VERƏCƏK – Hər kəs BU GÜNÜ GÖZLƏYİRbackend

Sabah Saat 12-də BAŞ VERƏCƏK – Hər kəs BU GÜNÜ GÖZLƏYİR

Artıq geri sayım başlayıb. Hər kəs sabah 12:00-ı gözləyir. Məhz bu tarixdə ermənistanın bəlkə də taleyi həll olacaq. Ya məhv olacaq, ya da…

Ermənistan müxalifəti Nikol Paşinyana bu həftənin 2-ci günü, yəni sabah saat 12:00-dək vaxt verib. Baş nazirə ultimatum göndərilib ki, əgər dekabrın 8-i saat 12-yə qədər şələ-küləsini yığışdırıb dinc yolla hakimiyyətdən getməsə, zorla devriləcək.

Hətta o, terrorla hədələnib. Nə olmasa da, bu ölkədə siyasi mübarizədə terror – çoxdan sınanmış və adiləşmiş metoddur. 1999-cu il oktyabrın 27-də parlamentin gülləbaran edilməsini yada salmaq kifayətdir.

Özləri bilər. Ancaq bizim üçün maraqlı olan mühüm bir məqam var. Bu da odur ki, 10 noyabr kapitulyasiya sənədinin imzalanmasından sonra düşmən ölkədə cərəyan edən proseslər xırda istisnalarla, bu məğlub xalqın və onun siyasi elitasının rüsvayçı hərbi məğlubiyyətdən əsla dərs götürmədiyini göstərir.

Yəqin ki, Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın vəzifəyə keçər-keçməz qalib ədası ilə bizə 4 şərt irəli sürməsindən xəbərdarsınız. O, Azərbaycan qoşunlarının 27 sentyabradək olan vəziyyətə qayıtması kimi başından yekə tələblərdə bulunub. Yəni parlaq hərbi qələbədən və bunca şəhidlər verdikdən sonra biz öz ordumuzu elə öz qanuni ərazilərimizdən geri çəkməli, ardınca “arsax”ın “müstəqilliyi”nə aparan yolu açmalıyıq.

Həqiqətən, sözün bitdiyi yer.

İndi bunların guya ən ağıllıları, baş diplomatları belə xəyallar qurursa, yerdə qalanlardan nə gözləyəsən? Sanki 10 min fərari hərbçisi olan, yüzlərlə əsgəri hələ də tapılmayan, anaları hər gün küçələrə axışıb itkin düşən hərbçi övladları üçün ağlaşan toplum bunlar deyil.
Hazırda sabiq baş nazir Vazgen Manukyan və bu qəbildən olan məsləkdaşları neçə gündür bir ağızdan bəyan edirlər ki, guya “müharibəni uduzan erməni xalqı yox, Paşinyan və komandasıdır”.Hətta Xocalı hərbi caniləri, 20 il ölkəyə rəhbərlik etmiş və problemin həllini uzatmaqla məşğul olmuş, Köçəryan-Sərkisyan cütlüyü – “Qarabağ klanı” da kapitulyasiyaya şərik olmaq istəmır. Sanki darmadağın edilən bunların qurduğu ordu deyilmiş. Təsadüfi deyil ki, hər iki faşist Manukyanın namizədliyini müdafiə edir.

Nə isə. “İlanın ağına da lənət, qarasına da”…

Erməni politoloq Armen Baqdasaryanın çıxışını xatırladaq. Əfsus ki, belə az-çox soyuq başla düşünən erməni təhlilçilər hələ ki, eşidilməz olaraq qalır.
“Ermənistan müharibədən dərs götürmədi. Ötən müddətdə biz reallıqdan təcrid olunmuş şəkildə yaşadıq. Halbuki gücümüzü düzgün hesablamaq, real vəzifələr qoymaq lazım idi. Bunu eləmədik və o səbəbə indi sahib olmalı olduğumuza sahibik. İfrat tərslik və maksimalizm evimizi yıxdı”.
Sonda öz xalqını labüd olaraq yeni fəlakətlərə aparan erməni avantürist yığnağına heç olmasa, gələn həftə Bakıda keçiriləcək hərbi paradı diqqətlə izləməyi və bir daha düşünüb-daşınmağı tövsiyə edirik. Tarixdən dərs götürməyənlər onu bir də yaşamalı olurlar – özü də daha ağır formada…

  •  (1)
  •  (1)