Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək? – AÇIQLAMAbackend

Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək? – AÇIQLAMA

Nazirlər Kabinetinin Qərarına əsasən 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə qeyri-iş günüdür.

Bayram günündə avtobusların işləyib-işləməyəcəyi isə sual doğurur.

Futbol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı Azərbaycana gələn turistlərin rahat hərəkətinin təmin edilməsi vacib məqamlardan biridir. “Ölkə.az”ın əldə etdiyi məlumata görə, elə bu səbəbdən sabah ictimai nəqliyyatın işləyəcəyi gözlənilir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı məlumat Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən verilməlidir.

BNA-dan isə “Ölkə.az”a açıqlamasında ictimai nəqliyyatın işləməyəcəyi bildirilmədi, lakin bu barədə ictimaiyyətə dəqiq məlumat veriləyi söylənildi.

Qeyd edək ki, bundan öncə Bakı Metropoliteni ay ərzində bütün günlərdə çalışacağını elan etmişdi.

  •  (3)
  •  (7)