Sabah metro işləyəcək? – RƏSMİbackend

Sabah metro işləyəcək? – RƏSMİ

İyunun 15-də Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü bayram kimi qeyd edilsə də, həmin gün metronun fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar olmayıb: “Ümumilikdə iyun ayı ərzində metro stansiyaları hər gün səhər saat 06:00-dan 00:00-dək fəaliyyətini davam etdirəcək. İyun ayının 16-da isə futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək növbəti oyunu ilə əlaqədar azarkeşlərin vaxtında mənzil başına çatdırılması üçün Bakı metropoliteninin stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək”.

  •  (0)
  •  (0)