Sabah ictimai nəqliyyat işləməyəcək? – RƏSMİ AÇIQLAMAbackend

Sabah ictimai nəqliyyat işləməyəcək? – RƏSMİ AÇIQLAMA

Bakıya qar yağması səbəbindən yollarda avtobusun hərəkəti çətinləşib. Axşam yolların buz bağlaması səbəbindən ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı iddialar səsləndirlir. Sabah ictimai nəqliyyat işləyəcəkmi?

Bununla bağlı sonxeber.az-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, fevralın 25-də ictimai nəqliyyatın işləməməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir:

“Bu gün necə işləyibsə, sabah da o formada ictimai nəqliyyat fəaliyyət göstərəcək. Sabah ictimai nəqliyyatın işləməməsi ilə bağlıq qərar yoxdur. Düzdür, yolun hərəkət hissəsinin buzlaşması intervalda gecikmələrə səbəb olur. Amma bugünkü kimi sabah da avtobuslar xəttə çıxacaqlar”.

  •  (0)
  •  (0)