Sabah bu rayonlarda qaz olmayacaqbackend

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.

Hokm.az bildirir ki, bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

  •  (0)
  •  (0)