Sabah bu ərazilərdə su olmayacaqbackend

Sabah bu ərazilərdə su olmayacaq

Sumqayıtda içməli suyun verilməsi dayandırılacaq.

Hokm.az xəbər verir ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən, Saray qəsəbəsindən 85,75 səviyyəsindən gələn, diametri 450 millimetrlik su kəmərinin 9-cu mikrorayon ərazisindən keçən hissəsində (“Gənclik” marketin qabağı) qəza baş verib.

Qəzanın qarşısının alınması məqsədi ilə 25 yanvar tarixində saat 23:00-dan 26 yanvar 18:00-a qədər 1-ci mikrorayonun bir hissəsi, 2-ci mikrorayon tam olaraq, 4-cü mikrorayonun bir hissəsi, 5-ci mikrorayonun bir hissəsi, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonların 9 mərtəbələri, 34-cü məhəllə, 45-ci məhəllənin bir hissəsi, 47-ci məhəllə, Corat qəsəbəsinin bir hissəsi, həmçinin Yaşıldərə yaşayış massivində suyun verilişi dayandırılacaq.

  •  (0)
  •  (0)