Sabah bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQbackend

Sabah bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ

Sabah saat 11:00-dan 15:30-dək Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/6 kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanlıqların quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Hokm.az

  •  (0)
  •  (0)