Saatlıda müalicə aldıqları ünvanı tərk edən iki COVID-19 xəstəsi müəyyən edildi – FOTObackend

Saatlıda müalicə aldıqları ünvanı tərk edən iki COVID-19 xəstəsi müəyyən edildi – FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş iki rayon sakini – K.Sadıqov və Ə.Əliyev müəyyən edilib. Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha  profilaktiki səpkidə söhbətlər aparılıb.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

  •  (0)
  •  (0)