Saakaşvilinin telefonla danışmağına qadağa qoyuldubackend

Saakaşvilinin telefonla danışmağına qadağa qoyuldu

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili telefon danışığı hüququndan məhrum edilib”.

Hokm.az xəbər verir ki, bunu Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili müvəkkili ilə görüşündən sonra deyib.

Vəkilin sözlərinə görə, bu yaxınlarda Baş Prokurorluğun Saakaşvilinin zəng etmək hüququnu məhdudlaşdıran qərarı ilə tanış olublar.

Qeyd edək ki, Mixail Saakaşvili  Rustavi həbsxanasında saxlanılır. Unikal.org

  •  (0)
  •  (1)