Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçiriləcəkbackend

Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçiriləcək

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə “Mişaya azadlıq” adlı aksiya təyin olunub.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə müxalif “Vahid Milli Hərakat” Partiyasının sədri Nika Melia paylaşım edib.

Aksiya bu gün saat 15:00-da Saakaşvilinin həbsdə saxlanıldığı Rustavi şəhərində 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısında baş tutacaq.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də paytaxt Tbilisidə saxlanılıb.

  •  (1)
  •  (0)