Saakaşvili yeni xanımından yazdı: Xoşbəxtəmbackend

Saakaşvili yeni xanımından yazdı: Xoşbəxtəm

Hazırda şəxsi həyatımdan daha əhəmiyyətli bir döyüşdə iştirak edirəm.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, bunu Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.

“Ancaq həyatımın bu hissəsi də bir maraq sahəsi olduğundan və bu mövzu ilə əlaqədar bir sıra suallar verildiyi üçün sizə cavab vermək istəyirəm – keçmiş əlaqələrimin hamısı bitdi. Liza ilə mən həyatımızı çoxdan birləşdirmişik və aylardır birlikdə yaşayırıq. Bu, böyük bir sevgi hekayəsidir və özümü xoşbəxt hiss edirəm”, – Saakaşvili bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstanda həbs edilib.

  •  (0)
  •  (0)