Saakaşvili azad edilir? “Gürcüstan rəhbərliyi onu həbsxanadan buraxacaq”backend

Saakaşvili azad edilir? “Gürcüstan rəhbərliyi onu həbsxanadan buraxacaq”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkili Beka Basilaya bildirib ki, onun komandası hakimiyyətə qarşı ictimai təzyiqin köməyilə, əfv yolu ilə sabiq dövlət başçısını  həbsxanadan azad etmək istəyir.

Hokm.az xəbər verir ki, vəkil keçmiş dövlət başçısına işlərin siyasi motivlər üzrə qaldırıldığını, sabiq prezidentin azad edilməsinin siyasi məsələ olacağını iddia edib.

“Hər necə də olsa, Mişa Saakaşvili yeni gürcü dövlətinin yaradıcısıdır. Demokratik ölkələr onu siyasətçi kimi qəbul edir, Avropa Birliyində deputatlar və ABŞ senatorları onunla görüşürlər”, – deyə hüquqşünas vurğulayıb.

Onun fikrincə, Qərb belə təqibə çox dəqiq reaksiya verməli olacaq. Gürcüstan rəhbərliyi də onu həbsxanadan buraxacaq.

  •  (1)
  •  (0)