Saakaşvili 8 ildən sonra Gürcüstana qayıtdıbackend

Saakaşvili 8 ildən sonra Gürcüstana qayıtdı

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili həbs edilmək təhlükəsinə rəğmən ölkəsinə qayıdıb.

Hokm.az xəbər verir ki, bu barədə o, “Faceebok” hesabında yazıb:

“Sabahın xeyir, Gürcüstan! Artıq 8 il sonra Gürcüstanda”.

Qeyd edək ki, M. Saakaşvili barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Həmin cinayət işləri üzrə onun həbs edilməsi istina deyil.

Buna qədər Gürcüstan hökuməti Saakaşvilinin sərhədi keçən kimi saxlanılacağını açıqlamışdı.

  •  (0)
  •  (0)