Rüşvət alarkən saxlanılan icra başçısı kimdir? – DOSYEbackend

Rüşvət alarkən saxlanılan icra başçısı kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rüşvət alarkən cinayət başında yaxalanıb. Hokm.az rüşvət alan icra başçısı haqqında bəzi məlumatları təqdim edir: Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var

  •  (0)
  •  (0)