Ruslar oğurladıqları Ukrayna taxılnı bu ölkəyə satdılar – 40 milyon dollarabackend

Ruslar oğurladıqları Ukrayna taxılnı bu ölkəyə satdılar – 40 milyon dollara

Rusiya işğal etdiyi ərazilərdə ukraynalı fermerlərdən oğurladıqları taxıldan həmçinin Rusiyanın Suriyaya ixrac məhsulu kimi də istifadə edir.

Hokm.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, yük mayın sonundan Suriyanın əsas dəniz limanı Latakiyada lövbər salan Rusiyanın “Matros Pozıniç” gəmisi ilə çatdırılıb.

“Refinitiv”in məlumatları da göstərir ki, “Matros Pozıniç” gəmisi Krım yarımadasındakı Sevastopol şəhərinin limanında buğda ilə yüklənib və mayın 19-da yola düşüb. “Planet Labs PBC”nin peyk şəkilləri isə gəminin mayın 29-da Latakiyada sahilə yan aldığını göstərib.

Ukraynanın Beyrutdakı səfirliyindən bildiriblər ki, ruslar Ukraynanın üç vilayətindən buğdanı toplayan müəssisədən buğda oğurlayırlar və bu, cinayət işidir.

Səfirlikdən əlavə edilib ki, onlar Suriya rəsmiləri ilə əlaqə saxlamağa çalışsalar da, cavab ala bilməyiblər: “Son üç ayda Suriyaya oğurlanmış 100 min tondan çox Ukrayna buğdası gətirilib. Beynəlxalq buğda qiymətlərinin bir ton üçün 400 ABŞ dollarından çox olduğunu nəzərə alsaq, bu həcm 40 milyon dollardan baha olmalı idi”.

“Reuters” məsələ ilə bağlı nə Suriyanın İnformasiya və Kənd Təsərrüfatı nazirliklərindən, nə də Latakiya limanından şərh ala bilməyib.Redaktor.az

  •  (0)
  •  (1)