“Rusiyanın NATO-ya cavabı fərqli olacaq” – Putinbackend

“Rusiyanın NATO-ya cavabı fərqli olacaq” – Putin

“Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə reaksiyası fərqli ola bilər”.

Hokm.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib. Onun sözlərinə görə, Rusiya diplomatik danışıqlarda nəticə əldə etmək üçün ABŞ və NATO-ya strateji təhlükəsizlik zəmanəti təklif edib.

“Bu, müxtəlif cür ola bilər. Qərar rusiyalı hərbi ekspertlərin verdiyi təkliflərdən asılıdır”, – deyə Rusiya lideri bildirib.”Unikal”

  •  (0)
  •  (0)