Rusiyanın Müdafiə naziri Zakir Həsənova zəng etdi – Sərhəddəki vəziyyətə görəbackend

Rusiyanın Müdafiə naziri Zakir Həsənova zəng etdi – Sərhəddəki vəziyyətə görə

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Bu barədə Hokm.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.
Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.
  •  (0)
  •  (1)