Rusiyanın 1 145 tankı məhv edilib – Ukrayna Baş Qərargahıbackend

Rusiyanın 1 145 tankı məhv edilib – Ukrayna Baş Qərargahı

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Hokm.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 145 tankı, 2 764 zirehli döyüş maşını, 513 artilleriya sistemi, 185 reaktiv yaylım atəşi sistemi, 87 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 158 helikopteri, 1 970 avtomobil texnikası, 12 gəmi/kateri, 377 dronu, 41 xüsusi avadanlığı, 94 qanadlı raketi məhv edilib.

Ukrayna Baş Qərargahı Rusiya tərəfinin təxminən 25 650 çox canlı qüvvəsini itirdiyini bəyan edib.

  •  (0)
  •  (1)