Rusiyalı siyasətçi Bakıda qəfildən öldü – Araşdırma başladıldıbackend

Rusiyalı siyasətçi Bakıda qəfildən öldü – Araşdırma başladıldı

Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulisin Bakıda hansı hoteldə vəfat etməsi məlum olub.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən “Four Seasons” hotelində baş verib. Belə ki, saat 17:00 radələrində hoteldə qonaq olan 1945-ci il təvəllüdlü Burbulis Gennadi Eduardoviçin halı qəfil pisləşib, dərhal təcili tibbi yardıma müraciət edilsə də, o, vəfat edib.

G.Burbulisin ölüm faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, Burbulisin sözçüsü Andrey Markov “İnterfaks”a bildirib ki, RSFSR-in keçmiş dövlət katibi xəstə olmayıb: “Özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib”.

G.Burbulis Boris Yeltsinin Prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.

  •  (0)
  •  (1)