Rusiyalı politoloq: “Azərbaycan möhtəşəm Qələbə paradı keçirdi”backend

Rusiyalı politoloq: “Azərbaycan möhtəşəm Qələbə paradı keçirdi”

“Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə möhtəşəm Qələbə paradı keçirdi”.

Bunu “report”a rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə eksperti Yevgeni Mixaylov bildirib.

“Bakı küçələrindən Azərbaycanın və qardaş Türkiyənin minlərlə döyüşçüsü addımladı. Paytaxt sakinlərinin xilaskarları necə şadlıqla qarşıladıqlarını da görmək çox gözəldir. Xalqın yaddaşına əbədi həkk olunacaq bu gün həmçinin bütün işğalçılara da ölkəyə hücum etməklə buna bənzər təntənəli tədbirlərə əsas verməməyin onlar üçün daha yaxşı olacağını xatırladacaq”, – deyən ekspert paradda ayrıca divarda düşməndən qənimət götürülmüş hərbi texnikaların nömrələrinin göstərildiyinin mənalı olduğunu da qeyd edib:

“Bu da əvvəllər Qarabağda öldürülmüş, didərgin salınmış azərbaycanlılara məxsus şəxsi avtomobilərin nömrələrini bir divarda nümayiş edənlərə mesajdır. Yəni – bizim üstümüzə silah çəkən kim olsa, elə həmin silahdan öləcək”.

  •  (1)
  •  (0)