Rusiyalı məşhur erməni iş adamı: “Paşinyan istefa verməlidir”backend

Rusiyalı məşhur erməni iş adamı: “Paşinyan istefa verməlidir”

Rusiyalı məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanı təcili olaraq istefa verməyə çağırıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, o, bunu dekabrın 4-də ermənilərə müraciətində bildirib.

Onun sözlərinə görə, baş nazirin təcili olaraq istefa verməsi, keçid hökumətin formalaşdırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi vacibdir. O, ermənilərin faciə yaşadıqlarını da vurğulayıb.

  •  (0)
  •  (0)