Rusiyalı aktrisa erməni separatçının ölümünə ağladı – FOTObackend

Rusiyalı aktrisa erməni separatçının ölümünə ağladı – FOTO

İspaniyada yaşayan və Qarabağa döyüşmək üçün yollanan erməni iş adamı Armen Knyazyanın ölümü rusiyalı aktrisa və teleaparıcı Larisa Kudryavtsevanı çox kədərləndirib.

Hokm.az milli.az-a istinadən bildirir ki, L.Kutdryavtseva İnstagram-dakı akkauntunda yazıb: “Dağlıq Qarabağda yaxın dostum Armen Knyazyan həlak olub. O, uzun müddətdir ki, xanımı, uşaqları və anası ilə birlikdə İspaniyada yaşayırdı. Qarabağa yollandı… Və budur, o yoxdur. Dünya ağlını itirib. Dayanın!”

Daha sonra o, kamera qarşısında ağladığı anların videosunu paylaşıb.

A.Knyzyan qarabağlı separatçıların lideri Araik Harutyunyanın yaxın dostu, separatçıları maliyyələşdirən şəxslərdən biri idi.

  •  (0)
  •  (1)