Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Ermənistanla Azərbaycan RAZILAŞIB Kİ…backend

Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Ermənistanla Azərbaycan RAZILAŞIB Kİ…

“Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub. Bunu siz mənsiz də yaxşı bilirsiniz”.

Hokm.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Dağlıq Qarabağ ermənilərinin Ağdərə-Vardenis yolundan istifadəsi ilə bağlı sualına cavabında deyib.

M. Zaxarova erməni jurnalistə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin Laçın dəhlizi vasitəsilə həyata keçirildiyini xatırladıb.

  •  (0)
  •  (1)