Rusiyadan idxal edilən yağın qiyməti qalxacaq – VİDEObackend

Rusiyadan idxal edilən yağın qiyməti qalxacaq – VİDEO

Rusiyadan idxal edilən günəbaxan yağının qiyməti qalxacaq.

Xezerxeber.az-ın məlumatına görə, şimal qonşumuz Rusiya günəbaxan yağının ixracı üçün rüsum tutulmasını təsdiqləyib.

Yeni gömrük rüsumu bu il sentyabrın 1-dən gələn il sentyabrın 1-dək tətbiq ediləcək. Məqsəd daxili istehlakı ödəmək, qıtlığın olmaması və ölkədaxili qiymətin bahalaşmamasıdır.

Mütəxəssislər isə qeyd edirlər ki, istər-istəməz gömrük rüsumu artdıqca Rusiyadan gətirilən günəbaxan yağının maya dəyəri yüksələcək. Bu da Azərbaycanda bazara təsir edən əsas amillərdən birinə çevriləcək. Ona görə də Azərbaycan bu istiqamətdə alternativ ölkələrin axtarışına başlamalıdır.

İqtisadçı-ekspert Turab Rzayev deyib ki, hazırda dünyanın bir çox ölkəsi daxili bazarı qorumaq üçün Rusiyanın atdığı addıma bənzər qərarlar qəbul edib. Türkiyə də buna nümunədir. Bunun nəticəsidir ki, Azərbaycan bazarında Türkiyədən gətirilən günəbaxan yağlarının qiyməti Rusiya məhsullarını az qala iki dəfə üstələyir. Ona görə də alternativ olaraq Ukrayna və Belarus daha ucuz bazar ola bilər.

Ekspert digər çıxış yolu kimi uzunmüddətli dövrdə bu bitkilərin ölkəmizdə əkilməsini təklif edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ümumilikdə 51 min 928 ton xam və xam olmayan günəbaxan və saflor yağları idxal olunub. Bunun da 51 min tonu Rusşyanın payına düşür.

 

  •  (0)
  •  (1)