Rusiyadan Ermənistana daha bir hərbi dəstək – Yeni Su-30SM qırıcıları verirbackend

Rusiyadan Ermənistana daha bir hərbi dəstək – Yeni Su-30SM qırıcıları verir

Rusiya Ermənistana çoxməqsədli Su-30SM qırıcılarının yeni dəsti verilməsi məsələsini müzakirə etməyə hazırdır.

Hokm.az xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib.

O qeyd edib ki, bununla əlaqədar erməni tərəfi ilə iş davam edir:

“Ermənistan tərəfi bunun marağını təsdiqləsə, təyyarələrin alınması mövzusu müzakirə ediləcək”.

Vorobyova 4+ nəsil qırıcıların İrəvan tərəfindən satın alınmasının hazırda müzakirə edildiyini bildirib.

Ermənistan Müdafiə Nazirliyi hələ məlumatı şərh etməyib.

Xatırladaq ki, bu qırıcıların ilk dəstəsi 2019-cu ilin dekabrında Ermənistana gəlib. Hərbi rəhbərlik dəfələrlə bildirib ki, yaxın illərdə cəmi 12 Su-30SM qırıcısının alınması planlaşdırılır.

Bu təyyarə əhəmiyyətli dərəcədə raket və bomba silahlarına sahibdir və 8 ton döyüş yükünü göyə qaldırmaq gücündədir.

Mənbə deyir ki, Su-30SM eskadrilyası Ermənistan Hərbi Hava Qüvvələrinin hücum imkanlarını xeyli artıracaq.(PARLA)

  •  (0)
  •  (1)