Rusiyada universitetə silahlı basqın edən şəxs saxlanılıbbackend

Rusiyada universitetə silahlı basqın edən şəxs saxlanılıb

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Hokm.az “Report”a istinadən xəbər verir ki, o, saxlanılıb.

T.Bekmansurov bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını deyib.

11:24

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

  •  (0)
  •  (2)