Rusiyada silah anbarında partlayış – ölənlər varbackend

Rusiyada silah anbarında partlayış – ölənlər var

Rusiyanın Vladimir vilayətinin Barsovo kəndindəki hərbi hissədə sursat anbarında mərminin partlaması nəticəsində 4 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

Hokm.az xəbər verir ki, bu barədə TASS-a Kirjaç rayon xəstəxanasının təcili yardım şöbəsinin nümayəndəsi məlumat verib.

“Barsovodakı hərbi hissədə 4 nəfər ölüb, biri yaralanıb. Ölənlər arasında üç hərbçi, bir anbar işçisi var”, – mənbə bildirib.

Təcili yardımın sözçüsü əlavə edib ki, zərərçəkmiş orta ağır vəziyyətdə reanimasiyadadır.

“İndi hərbi prokurorluq hadisə yerinə gələcək, FSB işləyir”, – Kirjaçski rayonunun administrasiyası TASS-a əlavə edib.

Qərb Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, anbarın yaxınlığında yerləşən yaşayış məntəqələri təhlükə altında deyil.

“Digər obyektlər və yaxınlıqdakı yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur”, – deyən mətbuat xidmətindən bildirilib ki, hadisənin bütün şəraiti müəyyənləşdirilir.redaktor.az

  •  (0)
  •  (0)