Rusiyada internet çöksə, Azərbaycana təsiri olacaq? – AÇIQLAMAbackend

Rusiyada internet çöksə, Azərbaycana təsiri olacaq? – AÇIQLAMA

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar informasiya texnologiyaları sahəsini də əhatə edir.

Bəs bu Azərbaycan üçün hansı təhlükələri yaradır?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Azərbaycanın qlobal internet şəbəkəsinə bağlantısı “Delta Telekom LTD” MMM və “Azərtelekom” MMC-nin beynəlxalq internet kanalları vasitəsilə təmin edilir.

Qeyd edilib ki, yaradılmış internet magistralı həm şimal (Rusiya) və cənub (İran-Türkiyə), həm də qərb (Gürcüstan-Türkiyə-Almaniya, Gürcüstan – Bolqarıstan-Almaniya) istiqamətində tam yedəkli olaraq, beynəlxalq internet kanallarına malikdir. Hər üç istiqamətdən alternativ optik kanallar vasitəsi ilə Avropa İnternet Magistralına çıxış təmin olunur.

Beləliklə, hazırda Azərbaycanın qlobal internet şəbəkəsinə bağlantısı müxtəlif istiqamətlərdən alternativlik təmin edilməklə təşkil edilib. Regionda cərəyan edən hadisələri nəzərə alaraq hər hansı texniki problemlərlə bağlı Azərbaycana təhlükənin yaranmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

  •  (2)
  •  (0)