Rusiyada GÜCLÜ PARTLAYIŞ – Çox sayda yaralanan varbackend

Rusiyada GÜCLÜ PARTLAYIŞ – Çox sayda yaralanan var

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Hokm.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, baş verən partlayış və yanğın nəticəsində yaralıların sayı 35 nəfərə çatıb.

Bildirilib ki, ümumilikdə, 35 nəfər yaralanıb, onlardan 20-si əsasən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digər 15 nəfərə ambulator yardım göstərilib.

Qeyd olunub ki, 10-dan çox nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.publika.az

  •  (1)
  •  (1)