Rusiyada gecə faciə baş verib: 52  ölü,xeyli sayda itkin varbackend

Rusiyada gecə faciə baş verib: 52 ölü,xeyli sayda itkin var

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı artıb.

“Report”un məlumatına görə, bu barədə TASS mənbəyə istinadən xəbər verib. Qeyd edilir ki, qəza zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb.Hadisə cümə axşamı səhər saatlarında baş verib. Qəza zamanı mədəndə ümumilikdə 287 olub. Son məlumata görə, qəza zamanı 52 nəfər ölüb. Faktla bağlı cinayət işi açılıb. Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı olub. Daha əvvəl Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi də “RİA Novosti”yə bildirib ki, 52 nəfər qəzanın qurbanı olub.

  •  (0)
  •  (0)