Rusiyanın Krasnodar bölgəsində dəhşətli cinayət hadisəsi olub.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, 32 yaşlı azərbaycanlı Aqşin Hüseynov 26 yaşlı sevgilsi Viktoriya Makarovanı xüsusi amansızlıqla qətlə yetirib və həmin anları sosial media hesabından açdığın canlı yayımda nümayiş etdirib.
Bundan sonra qızın 9 yaşlı qardaşına qarşı zorakılıq hərəkətləri edib.
Cinayətkar bundan sonra Kurqaninski rayonunun Novoalekseyevskaya kəndinə gedib və orada qızın kiçik qardaşını öldürüb. Bu müddət 30 dəqiqə çəkib. Bu zaman ərzində heç kim oğlanın yaxınlarına onun ölüm təhlükəsi ilə üzləşdiyini xəbərdar etməyib. Daha sonra sosial şəbəkələrdə işgəncə verilən bir uşağın dəhşətli görüntüləri yayılıb. “Komsomolskaya Pravda – Kuban” qəzetinin əldə etdiyi məlumata görə, hadisə zamanı azyaşlı yatmış vəziyyətdə, anası isə işdə olub.
Daha sonra A.Hüseynov videoda vəd etdiyi kimi dənizə gedib. Orada onun tərk etdiyi maşın tapılıb. Sürücünün özünə nə olduğu məlum deyil.
Viktoriyanın əmisioğlu cütlüyün 3 il əvvəl sosial şəbəkədə tanış olduğunu, ötən il Aqşinin Viktoriyaya evlənmə təklifi etdiyini bildirib. Toy 2020-ci ilin sentyabrında planlaşdırılsa da, baş tutmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
















