Rusiyada COVID-19 statistikasında rekord: Bir gündə 40 min yoluxmabackend

Rusiyada COVID-19 statistikasında rekord: Bir gündə 40 min yoluxma

Rusiyada son sutka ərzində koronavirusa 40 096 yeni yoluxma hadisəsi aşkar edilib. Bu, pandemiyanın başlanğıcından bəri maksimumdur. Ümumi yoluxma sayı 8,4 milyon təşkil edib.

Qeyd edilir ki, bir gün əvvəl ölkədə 36,5 min yoluxma halı qeydə alınmışdı.

Yeni koronavirusa yoluxma hallarının əksəriyyəti Moskva (8,4 min), Sankt-Peterburq (3,2 min) və Moskva vilayətində (2,6 min) qeydə alınıb.

Ölkədə sutka ərzində COVID-19-dan 1,1 min xəstə ölüb, pandemiyanın başlanğıcından indiyədək Rusiyada ümumilikdə 235 mindən çox insan ölüb.

 

  •  (0)
  •  (2)