Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıbbackend

Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb

Rusiyada “Premium-95” (Ai-95) markalı benzinin qiyməti birjalarda tarixi rekordu yeniləyib.

Hokm.az Trend-ə istinadən bildirir ki, benzinin qiyməti bu gün 0,6 faiz artaraq, bir ton üçün 60 min rublu (824 dollar) ötüb.

Sonuncu dəfə Aİ-95 60 min rubl həddini iyulun 22-də keçmişdi. Qeyd olunur ki, bu markanın qiyməti sentyabrın 15-dən bahalaşmağa başlayıb. Bu müddət ərzində qiymət 3,2 faiz artıb

Eyni zamanda, Rusiya birjalarında Ai-92 markalı qiyməti də 0,2 faiz bahalaşaraq 56 min rublu keçib.

  •  (0)
  •  (0)