Rusiya XİN sözçüsündən əsəbi reaksiya: “Bu, lap ağ oldu…”backend

Rusiya XİN sözçüsündən əsəbi reaksiya: “Bu, lap ağ oldu…”

Qərb mediasının Donbasdakı vəziyyətlə bağlı reportajları Rusiya tərəfinin kəskin etirazına səbəb olub. Rusiya tərəfi hesab edir ki, CNN kanalının komandası Rusiya texnikası ilə Ukrayna texnikasını ya bilərəkdən, ya da təsadüfən bir-birindən seçə bilməyib.
Hokm.az-ın  Sfera.az-a istinadla məlumatına görə, CNN-nin hazırladığı reportajda “Rusiya texnikasının Ukrayna sərhədlərinə gətirilməsi” kimi təsvir olunan bir məqam var. Amma görüntülənən Ukrayna ərazisindəki Ukrayna tanklarıdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maria Zaxarova  Facebook -da CNN-in yarıtmaz işini tənqid edib. Sözügedən olayı “ədəbsizlik” kimi qiymətləndirən Zaxarova  CNN jurnalistlərindən peşələrinə daha çox vaxt ayırmalarını xahiş edib.
“Əziz CNN telekanalı  və onun mehriban kollektivi. Biz başa düşürük ki, liberalizmin təntənəsi naminə ideoloji mübarizəyə o qədər aludə olmusunuz ki, faktları yoxlamağa vaxtınız yoxdur.

Amma Ukrayna vaqonlarının fonunda görüntülənən Ukrayna tanklarını Rusiyanın müharibəyə hazırlığı kimi təqdim etməyiniz lap ağ oldu”,-deyə Zaxarova yazıb.

  •  (0)
  •  (0)