“Sülh sazişinin hazırlanmasında Bakı və İrəvana köməklik göstərərkən Rusiya Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur”.
Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Həmin təkliflər Bakıda hazırlanıb və konstuktiv nəticə olub. Onlar mövqelərin razılaşdırılması üçün yaxşı əsasdır. Biz öz rolumuzu onların razılaşması, tərəflərin yaxınlaşmasında görürük”, – o bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində üçtərəfli sazişlərin mahiyyətinə və ruhuna riayət etmək son dərəcə vacibdir.