Rusiya XİN: “Azərbaycanla münasibətlərin səviyyəsinin yüksəlməsi qanunauyğundur”backend

Rusiya XİN: “Azərbaycanla münasibətlərin səviyyəsinin yüksəlməsi qanunauyğundur”

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəlməsi qanunauyğundur və tərəflər ticari-iqtisadi, siyasi əlaqələri artırmaq niyyətindədirlər”.

Hokm.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələr üzrə 4-cü İdarəsinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.

O, bu fevralın 22-də Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanmasını xatırladaraq bunun ikitərəfli münasibətləri yeni səviyyəyə çıxardığını qeyd edib:

“Biz bunu çoxşaxəli əlaqələrimizdə mühüm mərhələ hesab edirik və qeyd olunan Bəyannamənin bütün müddəalarını qətiyyətlə həyata keçirmək əzmindəyik”.

Denis Qonçar vurğulayıb ki, sənəd dövlətlər arasında ikitərəfli münasibətlərin bütün spektrini əhatə edir:

“Rusiya-Azərbaycan əməkdaşlığının məntiqi və intensivliyi bizi ikitərəfli münasibətlərin səviyyəsinin təbii yüksəlişinə gətirib çıxarıb. Müttəfiqlərin əməkdaşlığı haqqında Bəyannamənin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması çox simvolikdir”.

  •  (0)
  •  (0)