“Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır” – Lavrovbackend

“Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır” – Lavrov

Moskva və Tehran bir sıra regional məsələlər, o cümlədən Dağlıq Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı deyib.

Nazir deyib: “Ölkələrimizin bizi əhatə edən regionda rolu nəzərə alınaraq, biz Fars körfəzində təhlükəsizlik, Əfqanıstan tənzimlənməsi kimi məsələlərdə, o cümlədən Dağlıq Qarabağ ətrafında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan sonra yaranmış vəziyyətlə bağlı dialoqun dərinləşməsində maraqlıyıq”.

  •  (0)
  •  (0)