Rusiya üstünə düşən öhdəliyini icra etmir: Türk ordusu girəcək…backend

Rusiya üstünə düşən öhdəliyini icra etmir: Türk ordusu girəcək…

Türkiyə Silahlı Qüvvətləri (TSK) Suriyada yeni hərbi əməliyyata başlaya bilər.

Hokm.az  konkret.az-a istinadən xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ bildirib.

Başbuğ qeyd edib ki, “Sülh çeşməsi” bölgəsində hər gün təxribata cəhd edilir:

“Bölgəni qan gölünə çevirmək istəyirlər. Cənab Ərdoğan hər dəfə terrorla mübarizə məsələsi ilə bağlı danışanda sərt fikirlər səsləndirir. Mən terror bataqlığını qurudacağımıza əminəm. ABŞ və Rusiya bölgədə üzərinə düşən öhdəlikləri icra etmədi. Davamlı olaraq müddəti uzatdılar. Cənab Ərdoğan Suriya ilə bağlı mesajlarını yolladı. Amma bununla bağlı heç bir addım atmadılar. Bütün bunlara görə, yaxın günlərdə Suriyada yeni əməliyyatın başlayacağını düşünürəm. Neştəri yaraya basıb bu işi kökündən həll etməliyik”.

  •  (1)
  •  (0)