Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək – Lavrovbackend

Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək – Lavrov

Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, türk müşahidəçilərin hərəkətliliyinin sərhədləri birgə monitorinq mərkəzinin yerləşəcəyi coğrafi koordinatlarla məhdudlaşacaq:

“Bu mərkəz Azərbaycanın Qarabağa yaxın olmayan ərazisində yerləşəcək. Mərkəz sırf distant rejimdə, texniki nəzarət vasitələri, o cümlədən pilotsuz uçuş aparatları və digər texnologiyalardan istifadə etməklə fəaliyyət göstərəcək. Bu vasitələr Qarabağda yerüstü vəziyyətə nəzarət etməyə, hansı tərəfin şərtlərə əməl etdiyini və ya etmədiyni müəyyənləşdirməyə kömək edəcək”.

  •  (1)
  •  (2)