Rusiya Suriyada növbəti müharibəyə hazırlaşırbackend

Rusiya Suriyada növbəti müharibəyə hazırlaşır

Rusiya Trampın Suriya münaqişəsinə müdaxilə etməmək siyasətini dəyişməyə hazırlaşan demokratların hakimiyyətə gəlməsindən sonra Suriyadakı vəziyyəti gərginləşdirməyi planlaşdırır.

Hokm.az xəbər verir ki, bu barədə “Finanz.ru” saytı məlumat yayıb.
Bildirilib ki, artıq bir müddətdir Rusiya Suriyadakı hərbi bazasını gücləndirməyə başlayıb:
“Yanvarın 11-də Qara dəniz donanmasına məxsus “Saratov” desant gəmisi Bosfordan keçərək Tartusdakı rus hərbi bazasına doğru yola düşdü. Dekabr ayının sonunda “Novoçerkassk” böyük desant gəmisi də Suriyaya getmişdi. Bu gəmi Qara dəniz donanmasının digər gəmiləri ilə birlikdə “Suriya Ekspresi” reyslərində iştirak edir, Rusiyanın Hmeymimdəki hərbi hava bazası və Suriya hökumət ordusu üçün yük daşıyır”. Report
  •  (0)
  •  (2)