Rusiya Qarabağda Türkiyə ilə birgə sülhməramlı missiyanı İNKAR EDİRbackend

Rusiya Qarabağda Türkiyə ilə birgə sülhməramlı missiyanı İNKAR EDİR

“Rusiya və Türkiyənin Qarabağda birgə sülhməramlı missiyasından söhbət getməyib”.

Hokm.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kremldən açıqlama yayılıb. Putinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Ankara arasında əməkdaşlığın Azərbaycan ərazisində yerləşəcək monitorinq mərkəzi vasitəsilə aparılacağını əlavə edib.

Xatırladaq ki, Qarabağda təmas xəttində atəşkəs rejiminə Rusiya və Türkiyə hərbçiləri birgə nəzarət edəcək.

  •  (0)
  •  (0)