Rusiya Prezidenti: “Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırıq”backend

Rusiya Prezidenti: “Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırıq”

Rusiya Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırdır.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin Ukrayna taxılının Berdyansk limanı, o cümlədən Belarus vasitəsilə ixracının mümkünlüyünü açıqlayıb.

“Rusiya heç bir şərt qoymur və taxılın Ukrayna limanları vasitəsilə ixracının təhlükəsizliyinə zəmanət verir. Ukrayna taxılının ixracının ən asan yolu Belarusdan keçir, lakin buna görə Minskdən sanksiyalar götürülməlidir”, – Rusiya lideri bildirib.

  •  (1)
  •  (0)